• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ: it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO

  • 961 dəfə
  • Tarix 21 Aprel 2019 / 16:35
  • Lent.az
 
Bakıda azyaşlı quduz itin hücumuna  məruz qalıb.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə aprelin 18-də  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
 
İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum  edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.
Ağır yaralanan 4 yaşlı uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.
 
Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.