• EUR  
  • USD  
  • RUB

HADİSƏ

İtdən qaçan yeniyetmə maşının altına düşdü

  • 569 dəfə
  • Tarix 21 Aprel 2019 / 20:57
  • Lent.az
 
Şirvanda 15 yaşlı oğlanı avtomobil vurub. 
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.00 radələrində H.Əliyev prospektində baş verib. 
 
Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb.
Bu zaman qəfildən yola qaçan yeniyetməni “Pajero” markalı avtomobil vurub.
 
Xəsarət alan yeniyetmə sürcü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
 
Onun yüngül xəsarət aldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.