• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Futbolçumuzu döydülər - ŞİKAYƏTÇİDİR

  • 637 dəfə
  • Tarix 21 Aprel 2019 / 22:21
  • Lent.az
 
Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb. 
 
ONA-nın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. 
 
Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır. 
Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.