• EUR  
  • USD  
  • RUB

İDMAN

"Daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik" - Britaniya səfiri

  • 1077 dəfə
  • Tarix 13 May 2019 / 17:15
  • Lent.az
“Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm”.
 
ONA-nın Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, bu sözləri bu ölkənin Azərbaycandakı səfiri Karol Krofts deyib.
 
O bildirib ki, hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də bir-birlərinə qarşı oynamayıblar: “Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm. Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram”.
 
 
Səfir bildirib ki, bu həftə Böyük Britaniya polisindən, o cümlədən “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər: “Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”.