• EUR  
  • USD  
  • RUB

İDMAN

Oyun zamanı hakim öldü: oyun dayandırılıb - VİDEO

  • 568 dəfə
  • Tarix 14 May 2019 / 09:51
  • Lent.az
Futzal üzrə Braziliya çempionatında xoşagəlməz hal yaşanıb. 
 
ONA-nın məlumatına görə, “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyun hakim ölməsi səbəbindən davam etdirilməyib. 
 
Matın referisi İsildo Fabiano Byançi da Silva görüşün gedişi zamanı özünü pis hiss edərək, huşunu itirib. Öncə futbolçular, ardınca isə həkimlər 44 yaşlı ədalət təmsilçisinə yardım etməyə çalışıb. Bundan sonra o xəstəxanaya aparılsa da, həyata qaytarmaq mümkün olmayıb.