• EUR  
  • USD  
  • RUB

İDMAN

Topaz Premyer Liqasında son turun rəmzi komandası açıqlanıb

  • 477 dəfə
  • Tarix 14 May 2019 / 12:46
  • Lent.az
Topaz Premyer Liqasının XXVIII turunun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib.
 
ONA-nın məlumatına görə, “Zirə”nin hücumçusu Xulio Sezar Rodriqez ən yaxşı oyunçu adına layiq görülüb.
 
Paraqvaylı futbolçu “Sabah”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən, Xulio Sezar Rodriqez turun ən yaxşı indeksə malik futbolçusudur.
 
Rəmzi komandada “Qarabağ”la “Keşlə” daha çox – hərəyə 3, “Sumqayıt”la “Zirə” hərəyə 2 futbolçu ilə təmsil olunub. “Qəbələ”nin bir oyunçusu “11-liy”ə daxil edilib.
 
Qapıçı: Rəşad Əzizli (“Sumqayıt”)
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-9, Voislav Stankoviç (“Qəbələ”)-6, Bəxtiyar Həsənalızadə (“Zirə”)-3, Sərtan Taşqın (“Keşlə”)-3
Yarımmüdafiəçilər: Samir Məsimov (“Keşlə”), Elvin Məmmədov (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”)-6, Dani Kintana (“Qarabağ”)-10
Hücumçular: Conatan Ayite (“Keşlə”)-3, Xulio Sezar Rodriqez (“Zirə”)-4
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.