• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Gürcüstan XİN: Sərhədlərin delimitasiyasının 2/3-si həyata keçirilib

  • 1125 dəfə
  • Tarix 14 May 2019 / 21:31
  • Lent.az

Gürcüstan Xarici İşlər Nazirliyi sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçirilən iclasına dair bəyanat yayıb.

 

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə tərəflər sərhədlərin delimitasiyası istiqamətində atılacaq gələcək addımları müzakirə ediblər.

 

Bildirilib ki, artıq həmin komissiya sərhədlərin delimitasiyasının 2/3-ni həyata keçirib. Tərəflər prosesin strateji tərəfdaşlıq ruhu çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, danışıqlar konstruktiv yanaşma ilə qonşuluq əlaqələri çərçivəsində həll olunmalıdır.