• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Velosipedlə 7 yaşlı uşağı vurdu

  • 523 dəfə
  • Tarix 15 May 2019 / 09:13
  • Lent.az
Mingəçevirdə velosiped sürücüsü 7 yaşlı uşağı vuraraq komaya salıb.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetiklər yaşayış massivində baş verib.
 
Yaşadığı binanın girişi önündə dolaşan 2012—ci il təvəllüdlü Hüseynzadə Türkan İlqar qızını oradan sürətlə keçən velosipedçi vuraraq ağır bədən  xəsarətləri  yetirib. Azyaşı koma vəziyyətinə düşüb. Öncə Mingəçevir şəhər xəstəxanasında tibbi yardım alan T.Hüseynzadə daha sonra təcili əməliyyat olunmaq üçün Gəncə şəhərindəki  klinikalardan birinə göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.