• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Narkotik satan şəxs saxlanıldı

  • 318 dəfə
  • Tarix 15 May 2019 / 10:04
  • Fəxriyyə Mahmudova
Narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.