• EUR  
  • USD  
  • RUB

SOSİAL

“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə"

  • 427 dəfə
  • Tarix 15 May 2019 / 11:28
  • Lent.az
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsini həyata keçirir ” layihəsinin icrasına başlayıb.
 
 
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, şagirdlərə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlər barədə məlumat verməkdir. 
 
Üç ay ərzində icra olunacaq layihə çərçivəsində Yevlax rayonunda orta məktəbdə keçiriləcək tədbirlərdə şagirdlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyəti və Yevlax şəhidləri barədə məlumat veriləcək.