• EUR  
  • USD  
  • RUB

SOSİAL

Bu marşrutun hərəkəti bərpa edildi

  • 454 dəfə
  • Tarix 15 May 2019 / 12:51
  • Hicranə Əlişqızı
“596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib”.
 
Bu barədə Lent.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Xocasən yolunun bir hissəsində təmir işləri yekunlaşdığından istiqamət bərpa edilib.
 
Xatırladaq ki, “Xocasən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti may ayının 8-də dəyişdirilmişdi.