• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Mübariz Qurbanlı: "Uşaqların tərbiyəsində filmlərin, bədii əsərlərin seçilməsi vacibdir"

  • 470 dəfə
  • Tarix 15 May 2019 / 12:53
  • Lent.az
"Biz tələbə vaxtı hind filmlərinə baxardıq. Kinoteatrda çıxanda hamının, xüsusən qızların gözü yaşlı olardı. İndiki uşaqlar isə "Üzüklərin padşahı" kimi fantastik filmlərə baxırlar, anaya, bacıya, ətraf mühitə sevgi kimi hisslər yox olub gedir"
 
ONA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.
 
Komitə sədri uşaqların tərbiyəsində filmlərin, bədii əsərlərin seçilməsinin vacib olduğunu bildirib.
 
Mübariz Qurbanlı Azərbaycan filmlərində müsbət qayınana obrazının olmamasına da toxunub: " Mən bir film görmədim ki, müsbət qayınana obrazı olsun. Düşünürəm ki, bu cür filmlər də təsirsiz ötüşmür".