• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Sumqayıtda qadının qətli ilə bağlı cinayət işi başlandı

  • 516 dəfə
  • Tarix 15 May 2019 / 13:01
  • Lent.az
Sumqayıt şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
 
ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Mərkəzi Bazarda Abdullayev Seymur Zərablı oğlunun şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Qeyd edək ki, mayın 3-də baş vermiş hadisə ilə bağlı ilk olaraq CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. G.Əmənovanın mayın 14-də aldığı xəsarətlər nəticəsində vəfat etməsi səbəbindən iş Cinayət Məcəllədinin 120.1-ci maddəsinə tövsif olunub.