• EUR  
  • USD  
  • RUB

SOSİAL

Sabahın HAVA PROQNOZU açıqlandı

  • 570 dəfə
  • Tarix 15 May 2019 / 13:08
  • Aygün İbrahimli
Mayın 16-da ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat aşıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq. 
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz  27-29 dərəcə isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.    
 
Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 14-18, gündüz  27-32, dağlarda gecə 8-13,  gündüz 17-22 dərəcə isti təşkil edəcək.