• EUR  
  • USD  
  • RUB

SOSİAL

Həccə getmək istəyənlərin sayı artır

  • 457 dəfə
  • Tarix 15 May 2019 / 13:21
  • Aygün İbrahimli

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir. Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Məlumata görə, hazırda sənəd verənlərin sayı  780 nəfərə çatıb. Sənəd qəbulu iyun ayının sonuna kimi davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ tərəfindən həyata keçirilir.

Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.