• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Yeznəsini ürəyindən vurdu – AĞIR CƏZA

  • 1272 dəfə
  • Tarix 15 May 2019 / 16:53
  • Səlcuq Elçin

Yeznəsini vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, S.Ağakişiyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda baş verib. Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.

Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, qaynını aralarındakı şəxsi münasibətlərə aydınlıq gətirərkən öldürüb.