• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Hacıqabul sakinindən narkotik götürüldü

  • 1187 dəfə
  • Tarix 15 May 2019 / 18:47
  • Lent.az
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Axtaçı-Şirvan kənd sakini Yunis Qəfərov saxlanılıb.
 
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 37 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.