• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

  • 1119 dəfə
  • Tarix 15 May 2019 / 19:00
  • Lent.az
Brüsseldə Azərbaycanla NATO arasında “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.
 
Bu barədə ONA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 
Məlumatda qeyd olunub ki, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.