• EUR  
  • USD  
  • RUB

DÜNYA

New York Times: “ABŞ-İran arasındakı gərginliyin daha da artmasına Bolton məsuliyyət daşıyır”

  • 826 dəfə
  • Tarix 16 May 2019 / 03:08
  • Lent.az
“ABŞ-la İran arasındakı gərginliyin artmasının səbəbkarı Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur. Bu məsələdə bütün məsuliyyət onun üzərinə düşür”.
 
 
ONA xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın xarici işlər nazirinin sabiq siyasi işlər üzrə müşaviri Uendi Şerman “New York Times”a yazdığı məqaləsində vurğulayıb. 
 
O, məqaləsində Vaşinqtonla Tehran arasında gərginliyin daha da artacağına səbəb olacaq ABŞ-ın son addımlarının - çox sayda hərbi personalın, o cümlədən döyüş texnikalarının Yaxın Şərqdə cəmləşdirilməsinin məhz Boltonun səyi nəticəsində baş verdiyini qeyd edib. 
 
“New York Times” iddia edib ki, Bolton İranla bağlı sabiq prezident Corc Buş dönəmində həyata keçirə bilmədiyi planını Trampın rəhbərliyi altında gerçəkləşdirməyə çalışır.