• EUR  
  • USD  
  • RUB

DÜNYA

İstanbulda avtoxuliqan 7 şagirdi vurdu

  • 506 dəfə
  • Tarix 16 May 2019 / 12:39
  • Lent.az
İstanbulun Büyükçekmece rayonunda dar küçədə sürücü 7 şagirdi yaralayıb.
 
ONA-nın Türkiyə bürosunun məlumatına görə, dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən avtoxuliqan 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi vurub. O, şagirdləri bağça divarına sıxışdıraraq əzib.
 
Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.
 
Sürücü həbs edilib.