4304
13:15
04 Sentyabr 2012

Aygün Kazımovadan möhtəşəm “Qol”

Lent.az -ın məlumatına görə, xalq artisti yarışda iştirak edəcək komandamıza dəstək olmaq üçün təqdimat mərasiminə Azərbaycan yığmasının formasında qatılıb.


Sözləri Namiq Qaraçuxurluya, musiqisi xalq artistinin özünə məxsus olan klipin çəkilişlərini iyulun əvvəlində başlayıb, təxminən 1 ay davam edib. Klip xalq artistinin müqavilə əsasında çalışdığı Türkiyənin “DokuzSekiz Müzik Yapım Şirkəti”nin təşəbbüsü ilə “FilmLine” kompaniyasında istehsal olunub. Türkiyədən gələn komandanın üzvləri Aygün Kazımova vertolyotla Bakı səmasında gəzərkən çəkiliş aparıb. Klipdə qızlardan ibarət milli yığmamızın futbolçuları da çəkiliblər.


Ekran işinin rejissoru Murad Kiçik, görüntü rejissoru Vəli Kuzludur. Çəkilişlər paytaxt Bakıda “Baku Crystal Hall”ın qarşısında, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Hökumət Evi, Muzey Mərkəzi qarşısında aparılıb. Klipdə “Dalğa” Stadionundan görüntülər də var.


A.Kazımova 2010-cu ildən başlayaraq, bu günə hazırlaşdığını deyib: “İki ilə yaxındır, bu sirri saxlamışam. Bu mənim həyatımda ən önəmli hadisələrdən biridir. Düşündüm ki, qızlarımız gəncdir və onlara dəstək olmaq lazımdır. Qızlarımız ilk dəfər dünya çempionatında çıxış edəcəklər. Keçmiş idmançı, bu ölkənin vətəndaşı və xalq artisti kimi bu iş məni çox həyəcanlandırır”.


A.Kazımova eləcə də dünya çempionatının açılışında çıxış edəcək dünyaca məşhur müğənni Cennifer Lopezlə eyni səhnədə olmayacaq: “Mən açılış mərasimində çıxış etməyəcəyəm, proqramı FİFA hazırlayıb”.