36
12:44
01 Mart 2016

"Azərtac"ın 96 yaşı tamam olur

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi - "Azərtac"ın yaradılmasından 96 il ötür.

APA -nın xəbərinə görə, Azərbaycan Dövlət İnformasiya Agentliyi 1920-ci ilmartın 1-iAzərbaycan Xalq Cümhuriyyətinin(AXC) hökuməti tərəfindən yaradılıb.

Sovet hakimiyyəti vaxtı agentlik müxtəlif adlarla fəaliyyət göstərib. Agentlik 1995-ci ilmartın 3-üNazirlər Kabinetiyanında Dövlət Teleqraf Agentliyi,2000-ci ilyanvarın 17-dənAzərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. 26 fevral 2015-ci ildə Azərbaycan prezidentiİlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi olub.

"Azərtac"da rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət,səhiyyə,idman və s. mövzularda fasiləsiz məlumatlar yayımlanır. Agentlik Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ərəb vəÇin dillərində informasiya yayır.

"Azərtac" TASS(Rusiya),"Anadolu" (Türkiyə), "Sinxua" (Çin),"Rompress"

(Rumıniya),"Ukrinform"(Ukrayna),BTA(Bolqarıstan),İRNA (İran) və s. informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

Azərbaycan Dövlət İnformasiya AgentliyiMDBüzvü olan ölkələrinMilli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA),Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin(TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindəndir.

Agentlik 2008-ci ildən “AsiaPulse” -Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür.

"Azərtac"ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya,İtaliya,İsveç,ÇinvəYaponiyada, habelə respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Agentlik eyni zamanda, foto və yazılı informasiyalarla bərabər, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından video-xəbərlər hazırlayır.

"Azərtac"ın baş direktoru postunda indiyə kimi Qubad Qasımov (14.07.1921-1928), Mixail Sinitsin(1928-1930), Vasili Xaldeyev(1937-1938), Yefim Qurviç(23.05.1942-1958, 1962-26.12.1986), Xasay Vəzirov(07.1958-09.1962), Rafiq Zeynalov (26.12.1986-06.26.1988), Azad Şərifov(10.10.1988-03.04.1992), Fikrət Sadıqov (03.04.1992-06.08.1992), Vaqif Rüstəmov(06.08.1992-26.08.1994) və Şamil Şahməmmədov(22.01.2000-30.10.2002) çalışıblar.

2002-ci ildən etibarən "Azərtac"ın baş direktoru Aslan Aslanovdur.