345
13:06
04 May 2018

Azərbaycandan çıxarkən tutulan İsveçrə vətəndaşı ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda külli miqdarda vəsait çıxararkən saxlanılan İsveçrə vətəndaşı sərbəst buraxılıb və barəsində başlanmış cinayət işinə xitam verilib. Bu barədə Lent.az -a 22 mart 2018-ci il tarixdə hava limanında saxlanılan İsveçrə vətəndaşı C.P-nın vəkili Məhəmməd Quluzadə məlumat verib. O qeyd edib ki, İsveçrə vətəndaşı C.P. Bakıda keçiriləcək Formula-1 yarışı üçün premium biletlər almaq məqsədi ilə ölkəyə 20 min avro nəğd pul gətirib və biletləri almaq mümkün olmadıqda həmin vəsaiti özü ilə ölkəsinə geri aparmaq istəyərkən gömrük orqanları tərəfindən saxlanılıb: “İstintaq araşdırması zamanı İsveçrə vətəndaşının heç bir pis niyyəti olmadığı, gömrük qaydalarını bilmədiyindən bu vəsaiti şifahi bəyan etdiyi aşkar edilib. Ölkə rəhbərliyinin dəstəyi ilə açılmış cinayət işinə xitam verilib və qeyd edilən vəsait şəxsə geri qaytarılıb. Obyektiv araşdırma və ölkə rəhbərliyinin dəstəyinə görə İsveçrə vətəndaşı və onun valideynləri dərindən təşəkkür edirlər”.

Qeyd edək ki, saxlanılan şəxs İsveçrə ilə yanaşı Fransa və İtaliyanın da vətəndaşı olub.