485
10:27
13 Mart 2019

Nəhayət ki, Ronaldo Messiyə çatdı - Het-trik sayında

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasında 8-ci het-trikə imza atıb.
ONA -nın məlumatına görə, portuqaliyalı hücumçu 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyununda fərqlənib.
İspaniya təmsilçisinin qapısına vurduğu üç qolla komandasına 3:0 hesablı qələbə qazandıran Ronaldo Turin klubunun 1/4 finala yüksəlməsində əsas pay sahibi olub. 8-ci het-triki rəsmiləşdirən forvard bu göstəricidə “Barselona”nın argentinalı ulduzu Lionel Messiyə çatıb. Hərəyə 8 het-trik edən bu iki futbolçunun ən yaxın izləyiciləri isə 3 dəfədən artıq fərqlənməyib.
Kriştianu “Atletiko”nun qapısından keçirdiyi qolların ümumi sayını 25-ə çatdırıb. Madrid klubunun qənimi olan portuqaliyalı karyerası ərzində yalnız bir komandanı – “Sevilya”nı daha çox məyus edib. Bu rəqibin qapısına 27 qol vuran Ronaldo “Xetafe”ni 23 dəfə məyus edib.