296
10:09
14 Mart 2019

Toyuq üstündə qardaşını qətlə yetirən 19 yaşlı gəncdən YENİ XƏBƏR

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az -ın məlumatına görə, A. Kərimov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, qətl ötən ilin oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.
Məlum olub ki, qardaşlar arasında dava toyuq saxlamaq üstündə baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb