297
10:37
19 Mart 2019

“Real” Salaha elçi düşüb

İspaniyanın “Real” klubu Misir yığmasının futbolçusu Məhəmməd Salaha elçi düşüb. ONA -nın məlumatına görə, Madrid təmsilçisi İngiltərə “Liverpul”unun hücumçusunu yayda heyətinə qatmaq istəyir.
“Kral klubu” “Çelsi”nin belçikalı ulduzu Eden Azarı transfer edə bilməsə, bütün diqqətini Salahın keçidinə yönəldəcək. İspaniyalılar misirli forvard üçün 150 milyon avro ödəmək niyyətindədirlər. Lakin “Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda liderlərdən heç birini buraxmayacağını açıqlayıb.