332
14:20
19 Mart 2019

Abramoviç “Çelsi”ni NEÇƏYƏ SATIR?

İngiltərənin “Çelsi” klubu sahibini dəyişə bilər. ONA -nın məlumatına görə, Böyük Britaniyanın ən zəngin şəxsi olan Cim Retkliff London klubunu almaq istəyir.
Öz işini kimya sənayesində quran 66 yaşlı biznesmen “Team Sky” velosiped komandasını alır və “Çelsi”ni də ələ keçirmək niyyətindədir. Klubun hazırkı sahibi Roman Abramoviç alqı-satqı üçün öz qiymətini müəyyənləşdirib. O, “Çelsi”ni 2,5 milyard funt sterlinqə yaxın məbləğə satmağa hazırdır.
C.Retkliff üçün bu məbləğ problem yaratmır. Lakin “Stemford Bric”in zəruri olan, bahalı yenidənqurma işləri biznesmeni düşünməyə vadar edib. R.Abramoviç məhz bu səbəbdən rekonstruksiya işlərindən imtina edib.
Qeyd edək ki, 21 milyard funt sterlinq sərvəti olan C.Retkliff “Forbes” jurnalının reytinqində 110-cudur.