506
15:01
19 Mart 2019

“Dünyada ikinci belə bir axmaq soyad yoxdur” - Jirinovski özünü ələ saldı

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski gülünc doğuran sözlərlə başlayan soyadlardan danışıb.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, bədən hissələrinin adı ilə başlayan bütün soyadları axmaq adlandırıb.
Partiya lideri hətta öz soyadını ələ salaraq deyib ki, dünyada ikinci belə bir axmaq soyad yoxdur: “Jirinovski - "yağ" sözü ilə başlayır. Bəli, axmaq soyaddır, lakin həm də unikaldır".
Jirinovski digər vəzifəli şəxslərin də soyadlarından bəhs edib: “Məsələn, götürək Novosibirsk şəhər merinin soyadını – Lokot. Dirsək sözü ilə də soyad başlayar? Dırnaq, membran, kirpik və s. Bu adla başlayan soyadların elmi əsası yoxdur".