306
15:40
19 Mart 2019

Paşinyan: "Azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırıq"

“Ermənistan azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır”.
ONA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.
N. Paşinyan bildirib ki, daha öncə də sərhədi qanunsuz keçən vətəndaşların qaytarılması ilə bağlı təcrübə mövcud olub.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistan tərəfə keçməsi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.
Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.
Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.