379
15:49
19 Mart 2019

Bizimkilər daha çox hara SƏFƏR EDİR?

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 731,6 min nəfər olub. ONA -nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 36,5%-i İrana, 26,2%-i Gürcüstana, 18,4%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 1,1%-i Ukraynaya, 1%-i Birləşmiş Ərəb Əmirliklərinə, 7%-i isə digər ölkələrə səfər ediblər. Gedənlərin 67,7%-i kişilər, 32,3%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8%, Rusiyaya gedənlərin sayı 7,3%, Gürcüstana gedənlərin sayı 7%, Türkiyəyə gedənlərin sayı isə 1,9% artıb.
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83%-i dəmir yolu və avtomobil, 16,1%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.