256
15:58
19 Mart 2019

Azərbaycanda daha bir zəncirvari qəza

Hacıqabulda zəncirvari avtomobil qəzası baş verib.
ONA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı yük, “Nissan” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində sonuncunun sürücüsü, Hacıqabul rayonunun Udulu kənd sakini, 1964-cü il təvəllüdlü Baba Mürvət oğlu Abdullayev ağır xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.