307
16:01
19 Mart 2019

Şəhid ailələrinə bayram sovqatı getdi - FOTO

Novruz bayramı ərəfəsində bir neçə şəhid ailəsi sevindirilib. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Lent.az -a daxil olan məlumata görə, xidmətin Tovuz rayon şöbəsinin şəxsi heyəti, Tovuz rayon İcra Hakimiyyətinin bir neçə şəhid ailəsinə bayram sovqatını çatdırıblar.
Qurumdan bildirilir ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir:
" Şəhid ailələri, övladları bizə onların əmanətidir!!!".