1117
17:12
19 Mart 2019

Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.
ONA -nın xəbərinə görə, bu barədə o, yerli televiziyalarla xalqa müraciətində bildirib.
Lent.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, ölkə Konstitusiyasına görə, növbəti Prezident seçkisinədək dövlət başçısı vəzifəsini Parlamentinin spikeri Qasım-Jomar Tokayev icra edəcək.
Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstanı idarə edib, 2015-ci ildə beşinci müddətə yenidən seçilib.