256
18:21
19 Mart 2019

1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmə verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq Fərmanının icrası olaraq, şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması işləri davam etdirilir. Bu barədə Lent.az -aƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, bu istiqamətdə mühüm addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya tərəfindən 11 mart 2019-cu il tarixli iclasda vərəsələrdən böyük bir qrupuna - 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmişdi. Artıq həmin vərəsələrin bank hesablarına birdəfəlik ödənişlərin köçürülməsi başa çatdırılıb.
Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268 nəfər təşkil edir. Ötən il noyabrın əvvəlllərindən həmin şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu günədək artıq 5491 şəhidin 7894 vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.