255
19:37
19 Mart 2019

İstanbulun ikinci sürücüsüz metro vaqonu

İstanbulun ikinci, Türkiyənin Avropa hissəsinin isə birinci sürücüsüz metro vaqonu sınaqdan keçirilib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu vaqon Mahmutbəy-Məcidiyəköy xətti ilə hərəkət edəcək.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mevlut Uysal mərasimdən əvvəl təşkil olunan mətbuat konfransında deyib ki, İstanbulun 8 rayonunu birləşdirən bu xətt üzərində 15 stansiya var. İlin sonunadək tam istifadəyə veriləcək metro xətti vasitəsilə gündəlik bir milyon sərnişin daşınacaq.