355
23:08
19 Mart 2019

Tehranda 50 nəfəri daşıyan sərnişin təyyarəsində yanğın oldu

İran paytaxtında təyyarədə yanğın olub.
Hadisə Tehranın beynəlxalq Mehrabad hava limanında baş verib. Hazırda "Iran Air" şirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində 50 nəfərin olduğu deyilir. ONA -nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, yanğın eniş zamanı baş verib. Hadisə nəticəsində xəsarət alanların olmadığı açıqlanıb.
***