306
14:33
12 Aprel 2019

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" - RFŞurasının sədri

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə sadəcə sülh və diplomatik yolla həll oluna bilər".
ONA -nın xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, vurğulayıb ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır: "Rusiya kompromisə nail olunması üçün hər şeyi edir. Həllin tapılması böyük diplomatik uğur olar".
V.Matviyenko bu məsələni prezident İlham Əliyevlə müzakirə etdiyini deyib.