425
17:46
12 Aprel 2019

Bu rayonun kəndləri elektrik enerjisi ilə təchiz ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 12-də “Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında” Sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.