367
19:40
13 Aprel 2019

AÇ-2019: Qadınlardan ibarət millimiz Avropa dördüncüsü olub

Qadınlardan ibarət yığmamızın Avropa çempionatında tutduğu yer bəlli olub.
ONA -nın məlumatına görə, yarışa 8 güləşçiylə yollanan millimiz 1 qızıl, 3 bürünc medal qazanıb.
Ümumilikdə 96 xal toplayan komandamız Avropa 4-cüsü olub.
Yığmamız yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb. Millimizin Buxarestə kapitan Mariya Stadnik olmadan yollandığını nəzərə alsaq, bu nəticəni uğurlu saya bilərik.