332
20:51
14 Aprel 2019

Hələbdə atışmalar: 6 dinc sakin ölüb

Suriyanın Hələb şəhərində baş vermiş silahlı toqquşmalarda 6 dinc sakin ölüb, daha 7 nəfər xəsarət alıb.
ONA -nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl iki nəfərin öldüyü deyilirdi.
Bildirilir ki, minaatanlardan atılan mərmilərin biri Nil küçəsindəki bazar yaxınlığında partlayıb. Həmçinin Əl-Xalidiyyə bölgəsi də atəşə məruz qalıb.