475
23:30
14 Aprel 2019

“Bavariya” darmadağına, “Auqsburq” sensasiyaya imza atdı

Almaniya Bundesliqasında XXIX tura yekun vurulub.
ONA -nın məlumatına görə, turun son günündə üç qarşılaşma baş tutub.
Düssüldorfda “Fortuna” ilə qarşılaşan “Bavariya” rəqibini darmadağın edib – 4:1. Münhenlilər bu qələbə ilə bir gün öncə itirdikləri liderliyi qaytarıblar.
“Ayntraxt” gözlənilmədən öz meydanında “Auqsburq”a uduzub. “Hoffenhaym” isə “Herta” üzərində qələbəyə sevinib.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 20-22-də keçiriləcək.
Almaniya Bundesliqası
XXVIX tur
14 aprel
“Fortuna” – “Bavariya” – 1:4
Lukebakio, 89 (pen.) – Koman, 15, 41, Qnabri, 55, Qoretska, 90
“Hoffenhaym” – “Herta” – 2:0
Amiri, 29, Nelson, 76
“Ayntraxt” – “Auqsburq” – 1:3
Pasiensia, 14 – Rixter, 31, 45, Qreqoriç, 84