248
11:18
15 Aprel 2019

Millimizin Avroliqadakı oyunlarının vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasının təqvimi açıqlanıb.
ONA -nın məlumatına görə, yarışın B qrupunda yer alan Azərbaycan millisinin də oyunlarının vaxtı dəqiqləşib.
Fərid Cəlalovun rəhbərlik etdiyi komanda turnirə evdə başlayıb, evdə yekun vuracaq. Voleybolçularımız Bakıdakı görüşlərinin hamısına saat 17:00-da çıxacaq.