736
11:27
15 Aprel 2019

Azərbaycanda ŞOK OLAY: 37 ton toyuq...

Bakıda toyuq emalı fabrikindən oğurluq olub.

Lent.az -ın məlumatına görə, sahibkar Bəhruz Bayramov Suraxanı rayonu 30-cu Polis Bölməsinə müraciət edərək Hövsan qəsəbəsində yerləşən Südçülük sovxozunda yerləşən toyuq emalı fabrikindən ayrı-ayrı vaxtlarda 37 tona yaxın toyuq və toyuq məhsulların oğurlandığını bildirib.

Sahibkar ona ümumilikdə 170 min manatlıq ziyan dəydiyini qeyd edib.

Şikayət əsasında başladılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin qəsəbə sakinləri Elşad Ağayev, Habil Qasımov və Miryusif Seyidov tərəfindən törədilməsi müəyyən edilib. Hər 3 şəxs saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq,külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib.