297
14:42
15 Aprel 2019

İki avtomobil toqquşdu: ölən var

Abşeron rayonunun Qobu qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 15 radələrində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Abşeron Polis İdarəsi tərəfindən araşdırma aparılır.