277
15:22
15 Aprel 2019

Polisə şikayət etdi: "Hədələyib 165 min manatımı..."

Paytaxtda 2 nəfər şəxs təhdid yolu ilə 165 min manat pul mənimsəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA -ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165 000 manat pulunu aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.