249
15:33
15 Aprel 2019

Millimiz Lixtenşteynlə BU TARİXDƏ oynayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk oyunun vaxtı və yeri müəyyənləşib.
ONA -nın məlumatına görə, Lixtenşteyn yığması ilə iyunun 6-da keçiriləcək qarşılaşma Eş şəhərindəki "Sportpark Eş Mauren" stadionunda baş tutacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.