395
17:27
15 Aprel 2019

Taksidə siqaret çəkənləri KİM CƏRİMƏLƏYƏCƏK?

Taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxacaq.
ONA -nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub.