252
11:52
18 Aprel 2019

3 otaqlı ev yandı

İmişlidə 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, rayonun Əliqulular kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.