334
11:51
18 Aprel 2019

Yeni xəbər kanalını kim açacaq?

Azərbaycanda yeni ümumrespublika xəbər kanalını kimin açacağı gələn həftə məlum olacaq.

Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Lent.az -a bildirildi ki, hazırda müsabiqəyə təqdim olunan sənədlər araşdırılır. Gələn həftə qurum xəbər kanalını kimin açacağını elan edəcək.

Qeyd edək ki, MTRŞ yeni xəbər kanalının açılması üçün martın 11-dən aprelin 11-dək müsabiqə elan etmişdi.

3 iddiaçı- “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan”Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV”Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri MilliTеlеviziya və Radiо Şurasına təqdim edib.