856
11:59
18 Aprel 2019

Ramazanın başlayacağı və bitəcəyi TARİX AÇIQLANDI

Bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az -a bildirilib ki, mayın 5-i niyyət axşamı, 6-si isə Ramazanın birinci günüdür.

Bakı şəhərində imsak saat 03:57-də, iftar vaxtı isə 19:56-dır.

Ramazan ayında xüsusi əhəmiyyətə malik olan Qədir gecələri bu il müvafiq olaraq may ayının 23-25-i, 27 və 31-i tarixlərində qeyd olunacaq.

Ramazan bayramı isə iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.